Moskvada məhkəmə azərbaycanlı bloqerlə bağlı QİYABİ HƏBS QƏRARI VERDİ

Moskvanın Presnenski rayon məhkəməsi çirkli pulların yuyulması işi üzrə bloqer Hüseyn Həsənovu qiyabi olaraq dörd il müddətinə azadlıqdan məhrum edib.

 

Senzor.az bildirir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

 

Həsənov həmçinin 1 milyon rubl məbləğində cərimə ödəməlidir. Təyin olunmuş cəza qiyabidir və məhkumun saxlanıldığı və ya ekstradisiya olunduğu andan qüvvəyə minəcək.

 

Bundan başqa, məhkəmə bloqerə iki il ərzində internetdə materialların yerləşdirilməsi ilə bağlı fəaliyyətlə məşğul olmağı qadağan edib. Məhkəmənin qərarı ilə onun "Moskva-Siti" kompleksindəki apartamentləri müsadirə edilib. İstintaqın məlumatına görə, onların dəyəri təxminən 46 milyon rubl təşkil edir.

 

İstintaqın versiyasına görə, H.Həsənov fərdi sahibkar olaraq 170 milyon rubldan çox məbləğdə vergidən yayınıb, bundan sonra vəsaitin bir hissəsi leqallaşdırılıb. Daha əvvəl prokurorluq bloqerə qiyabi olaraq 6 il həbs cəzası istəmişdi.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.