Çavuşoğlu: “İlk görüşdən möcüzə gözləmək olmaz”
Belə müharibələrin qalibi yoxdur.
 
Senzor.az bildirir ki, bunu üçtərəfli görüşdən sonra Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
 
O qeyd edib ki, həm Rusiya, həm də Ukrayna görüşdə Türkiyə tərəfinin iştirakını istəyib.
 
XİN başçısı atəşkəsə ehtiyac olduğunu, humanitar dəhlizlərin açıq saxlanılmasının vacibliyini vurğulayıb.
 
“Görüşdə Mariupolda humanitar dəhlizin açılmasını müzakirə etdik. Bir görüşdən möcüzə gözlənilməməlidir, bu, başlanğıcdır. Ukrayna tərəfi Zelenskinin görüşə hazır olduğunu bəyan etdi”, - Çavuşoğlu bildirib.
 
Çavuşoğlu üçtərəfli görüşün son dərəcə mədəni şəkildə keçdiyinə də toxunub: “Gərginlik olmadı, görüş son dərəcə mədəni formada baş tutdu”.
 
O bir daha bəyan edib ki, ilk dəfə nazirlər səviyyəsində keçirilən görüşdən tam arzuolunan razılığa gəlmək çətin olsa da, Türkiyə bu görüşün davamlı olmasını istəyir: “Əgər tərəflər bunu istəsə, biz də istəyirik. Növbəti görüşün keçirilməsinə dair qərarın verilməsi isə Belarusda nümayəndə heyətlərinin görüşündən sonra razılaşdırılacaq”.
 





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.