Türkiyəli aşpaz Ermənistan parlamentinin yeni sədrini KABABA DƏVƏT ETDİ
FOTO

Türkiyənin Adana şəhərindən olan məşhur kabab ustası Uğur Aydın Ermənistan parlamentinin yeni spikeri Ruben Rubinyanı Adanaya dəvət edib.

 

Bu barədə Türkiyənin "Adana Hızlı Haber" nəşri məlumat yayıb.

 

Məlumata görə, Ruben Rubinyan daha əvvəl Türkiyədə araşdırma işləri apardığı zaman yerli mətbəxi çox bəyəndiyini, xüsusilə "Adana-kabab" və "İskəndər-kabab" yeməklərindən xoşu gəldiyini bildirib.

 

Uğur Aydın erməni siyasətçini hazırladığı kababı dadmağa çağıraraq deyib: "Qoy gəlsinlər, qonağımız olsunlar. Hamı birlikdə oturub kabab yesəydi, dünya sülhə qovuşardı, bütün problemlər həll olunardı". 

Adanalı restoran sahiblərindən biri isə Rubinyanın əvvəllər İstanbulda olduğunu bildirib. Onun sözlərinə görə, Ermənistan parlamentinin spikeri türk xalqının qonaqpərvərliyini daha yaxından hiss etmək üçün Adanaya da getməlidir.

 

Qeyd edək ki, Ruben Rubinyan avqustun 3-də Ermənistan parlamentinin spikeri seçilib. Onun namizədliyi hakim "Vətəndaş müqaviləsi" fraksiyası tərəfindən irəli sürülüb.

 

Səsvermədə parlamentdəki 105 deputatdan 91-i iştirak edib. Rubinyanı yalnız hakim partiyanın deputatları dəstəkləyib, müxalif "Güclü Ermənistan" fraksiyası 28 səslə onun əleyhinə çıxıb, "Ermənistan" fraksiyası isə səsverməni boykot edib.

 

Yeri gəlmişkən, Ermənistan müxalifəti Ruben Rubinyanı Türkiyə ilə yaxın əlaqələrdə ittiham edir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.