Pezeşkian: İran Qəzza üzrə danışıqlarda HƏMAS-ın mövqeyini dəstəkləyəcək

İran Prezidenti Məsud Pezeşkian HƏMAS-ın Siyasi Bürosunun rəhbəri Xəlil əl-Hayya ilə telefon danışığında İranın Qəzza zolağı üzrə davam edən danışıqlarda Hərəkatın mövqeyini dəstəkləyəcəyini bildirib.

 

Bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.

 

"İran Fələstin liderlərinin danışıqlar prosesinin gedişində qəbul edəcəyi bütün tədbirləri, təşəbbüsləri və qərarları dəstəkləyəcək", - M.Pezeşkian bildirib.

 

Ötən həftə ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, HƏMAS Sülh Şurası, eləcə də Misir, Qətər və Türkiyə ilə danışıqlardan sonra tərk-silah olmağa razılaşıb. Amma İsrail HƏMAS tam tərk-silah edilənədək qoşunlarını çıxarmayacağını, Fələstin qruplaşması isə yalnız İsrail qüvvələri çıxarıldıqdan sonra tərk-silah olacağını bildirir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.