Tramp Pentaqon rəhbərini silah ehtiyatları barədə məlumatları gizlətməkdə ittiham edib
“THE WASHİNGTON POST”

ABŞ Prezidenti Donald Tramp Pentaqon rəhbəri Pit Heqsetin ölkənin silah-sursat ehtiyatlarının vəziyyəti ilə bağlı onu yanlış məlumatlandırdığını düşünür.

 

Bu barədə “The Washington Post” məlumat yayıb.

 

Belə ki, iyulun 31-də Kemp-Deviddə keçirilən Nazirlər Kabinetinin iclası zamanı Tramp Heqsetdən ABŞ-ın İranla bağlı hərbi imkanlarını məhdudlaşdırdığı iddia edilən kritik sursat çatışmazlığı barədə izahat tələb edib.

 

Qəzet yazıb ki, uzaqmənzilli raketlərin və hava hücumundan müdafiə sistemləri üçün tutucu raketlərin çatışmazlığı ABŞ liderinin İrana qarşı yeni genişmiqyaslı zərbələrdən imtina etməsinin səbəblərindən biri olub.

 

ABŞ-ın hərbi əməliyyatının ilk həftələrində 850-dən çox Tomahawk qanadlı raketi, mindən çox THAAD və Patriot sistemləri üçün tutucu raket istifadə edilib. Həmçinin ATACMS raketlərinin ehtiyatlarının demək olar ki, tükəndiyi iddia olunur. Bununla yanaşı, Ağ Ev və Pentaqon qəzetin məlumatını təkzib edərək, yazıda göstərilən faktların həqiqətə uyğun olmadığını bildiriblər.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.