Kadırov Çeçenistanın rəhbəri vəzifəsindən getmək istəmir:
NAMİZƏD KİMİ YENƏ QEYDƏ ALINDI

Çeçenistan Respublikasının Seçki Komissiyası Ramzan Kadırovu region rəhbərliyinə keçiriləcək növbəti seçkilərdə namizəd kimi qeydə alıb.

 

Senzor.az bildirir ki, bu barədə respublika Seçki Komissiyasının mətbuat xidməti məlumat yayıb. 

 

"Bu gün, 6 avqust 2026-cı il tarixində Çeçenistan Respublikasının Seçki Komissiyası öz iclasında "Vahid Rusiya" siyasi partiyasının Çeçenistan regional bölməsi tərəfindən irəli sürülən Rusiya Qəhrəmanı Ramzan Axmatoviç Kadırovu Çeçenistan Respublikasının rəhbəri vəzifəsinə namizəd kimi qeydə aldı", - deyə məlumatda bildirilib.

 

Məlumat üçün bildirək ki, Kadırov ilk dəfə 5 aprel 2007-ci ildə Çeçenistan Prezidenti vəzifəsinə başlayıb. Sonuncu seçkilər 2021-ci ildə baş tutub və Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçicilərin 99,7%-i onun lehinə səs verib. Növbəti seçkilər vahid səsvermə günü olan 20 sentyabr 2026-cı il tarixinə təyin edilib.

 

Onu da xatırladaq ki, bundan əvvəl Kadırov Çeçenistan rəhbəri seçkilərinə “məcburi şəkildə” qatıldığını bəyan etmişdi.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.