II Qareginin məhkəmə prosesini aparan hakim işin icraatından imtina etdi - YENİLƏNİB

Erməni Apostol Kilsəsinin rəhbəri II Qareginə qarşı açılmış işə baxan hakim Akop Manukyan işin icraatından imtina etdiyini bildirib.

 

TASS xəbər verir ki, bu barədə mətbuat nümayəndələrinə vəkil Ara Zohrabyan məlumat verib.

 

"Hakim Akop Manukyan işin araşdırılmasından imtina edərək özünə etiraz qərarı verib. O, əvvəllər vəkil kimi fəaliyyət göstərib və təhsil aldığı müddətdə onun lisenziyasını mən təqdim etmişəm. Fikrimcə, bu hal prosesdən kənarlaşmaq üçün birbaşa əsas deyil, lakin müəyyən şübhələrə yol açmamaq məqsədilə hakim bu addımı atdı", - deyə A.Zohrabyan vurğulayıb.


**12:10


Ermənilərin katolikosu II Qaregin və Ermənistan Ali Ruhani Şurasının altı üzvü bu gün məhkəmə qarşısına çıxacaqlar. 

 

Bu barədə “İnterfaks” məlumat yayıb. 

 

Din xadimlərinə qarşı cinayət işi üzrə ilkin dinləmələr yerli vaxtla saat 15:00-da Armavir vilayətinin birinci instansiya məhkəməsində keçiriləcək. 

 

Bildirilib ki, bu, Ermənistan və Erməni Apostol Kilsəsinin tarixində katolikosun məhkəmə qarşısına çıxacağı ilk hal olacaq. 

 

Xatırladaq ki, 2026-cı ilin fevralında II Qaregin barəsində Masisatsotn yeparxiyasının keçmiş rəhbəri Gevork Saroyanın dini rütbədən məhrum edilməsi ilə bağlı cinayət işi başlanıb. Bu iş çərçivəsində onun ölkədən çıxışına qadağa qoyulub.

 

Onu da qeyd edək ki, Milli Assambleyadakı müxalifət fraksiyalarının nümayəndələri cümə günü parlamentin iclasında iştirak etməyəcəklərini və Katolikosa və yepiskoplara dəstək olaraq məhkəmə iclasında iştirak edəcəklərini bildiriblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.