
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş baş komandanı və İranın Ali rəhbərinin müşaviri Möhsün Rzayi Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin edilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İran Prezidentinin ofisi məlumat yayıb.
Prezident ofisinin kommunikasiya və informasiya məsələləri üzrə qurumunun rəhbəri Mehdi Təbətəbai bildirib ki, Məhəmməd Baqer Zülqədərin Ali Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsindən istefa verməsi və yeni məsuliyyət daşıması ilə əlaqədar Prezident Məsud Pezeşkianın sərəncamı ilə Möhsün Rzayi bu vəzifəyə təyin olunub.
Rzayi, həmçinin İranın Ali rəhbəri ayətullah Seyid Müctəba Hüseyni Xamenei tərəfindən Ali Milli Təhlükəsizlik Şurasında Ali rəhbərin nümayəndəsi vəzifəsinə təyin edilib.
Bundan əvvəl Ali Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsində çalışmış Məhəmməd Baqer Zülqədər isə Ali rəhbərin siyasi məsələlər üzrə müşaviri təyin olunub.
Qeyd edək ki, 72 yaşlı Möhsün Rzayi İranın tanınmış hərbi və siyasi simalarından biridir. Yuxarıda vurğuladığımız kimi, o daha əvvəl SEPAH-ın komandanı və İran Ali rəhbərinin hərbi müşaviri vəzifələrində çalışıb.