Makron: Putinin Ukrayna ilə bağlı tələbləri qəbuledilməzdir
Rusiya Prezidenti Vladimir Putinin Ukraynada müharibəyə son qoymaq üçün irəli sürdüyü tələbləri qəbuledilməzdir.
 
Senzor.az bildirir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Aİ liderlərinin Versal sammitindən əvvəl jurnalistlərə verdiyi açıqlamasında deyib.
 
“Realist olmalıyam. Biz Prezident Putinlə daim danışıqlarda iştirak edirik. Müharibə başlamazdan əvvəl son dəqiqələrə qədər və onun müharibə başlayacağını elan etdikdən sonra biz danışıqlar aparmağa və atəşkəsə nail olmağa çalışırıq. Amma etiraf etməliyəm ki, Putinin irəli sürdüyü şərtlər istənilən şəxs üçün qəbuledilməzdir”, - Makron bildirib.
 
Onun sözlərinə görə, bu gün söhbət Putinin prinsipcə səmimi danışıqlar aparmağa və nə isə təklif etməyə hazır olub-olmamasından gedir:
"Ancaq bu gün mən faktlara baxıram və faktlar belədir: Rusiya müharibəyə başlamaq qərarına gəlib, Rusiya Ukraynanı bombalayır, Rusiya mülki insanları bombalayır və paralel olaraq danışıqlar aparır. Amma bu danışıqlar heç bir nəticə vermir. Düzünü desəm, yaxın müddətdə atəşkəs mümkünlüyünü görmürəm”, - deyə Fransa lideri əlavə edib.
 





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.