İran Trampın təyyarəsini Türkiyədə vurmaq istəyib? – ŞOK İDDİA

İran ABŞ Prezident Donald Trampın Türkiyədən qalxan təyyarəsini MANPADS daşınan zenit-raket kompleksi ilə vurmaq istəyib.

 

Bu barədə “Nyu York Tayms” mənbələrə istinadla məlumat yayıb.

 

Məlumata görə, sammitin keçirildiyi ərazinin yaxınlığında ZRK ilə silahlanmış bir şəxs də görülüb.

 

Vəziyyətlə tanış olan iki amerikalı məmur qəzetə bildiriblər ki, ABŞ kəşfiyyatı bir neçə mənbədən məlumat alıb: iranlıların ABŞ Prezidentini daşıyan təyyarəni yer-hava raketi ilə vurmağa cəhd edə biləcəyi ilə bağlı konkret bir təhlükə var.

 

Amma bəzi amerikalı rəsmilər iddia edilən sui-qəsd cəhdini qeyri-praktik, ağlasığmaz və hətta qeyri-mümkün adlandırıblar.

 

Hətta Türkiyə rəsmiləri də amerikalı həmkarlarına Trampa hücum cəhdi ilə bağlı heç bir dəlil tapmadıqlarını deyiblər.

 

Nəşr qeyd edib ki, buna baxmayaraq, ABŞ Məxfi Xidməti riskə getmək istəməyib və ABŞ Prezidentinin yerinin dəyişdirilməsi əməliyyatını həyata keçirib.

 

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın İranın sui-qəsd təhdidi barədə məlumat alınandan sonra Ankarada keçirilən NATO sammitindən gizli yolla ayrıldığı barədə xəbər hələ o vaxt yayılmışdı.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.