
Alen Simonyan Ermənistan Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin edilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Baş nazir Nikol Paşinyan bununla bağlı fərman imzalayıb.
Alen Simonyan bu vəzifədə Armen Qriqoryanı əvəz edəcək.
Qeyd edək ki, Alen Simonyan daha əvvəl Ermənistan parlamentinin sədri olub.
"Mən Təhlükəsizlik Şurasının katibini dəyişdirmək qərarına gəldim. Son səkkiz ildə gördüyü işə görə Armen Qriqoryana minnətdaram", - Paşinyan avqustun 13-ü hökumətin iclasında deyib.
Bununla belə, Paşinyan qərarın səbəbləri və ya Qriqoryanın mümkün yeni vəzifəsi barədə məlumat verməyib.