Biz liderlərin üçtərəfli formatda razılaşdığı sənədə sadiqik.
Senzor.az bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada erməni həmkarı Ararat Mirzoyanla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında deyib.
O qeyd edib ki, minalanmış ərazilərin xəritələrinin verilməsi də daxil olmaqla bir sıra məsələlər, həmçinin məhbusların azad edilməsi müzakirə olunub.
Lavrov hər iki tərəfi ritorikanı ciddi və əhəmiyyətli dərəcədə yumşaltmağa çağırıb.
"Bunun yekun və tamhüquqlu bir nizamlanma üçün şərait yaradacağına şübhəm yoxdur", - XİN rəhbəri əlavə edib.
Onun sözlərinə görə, hazırda söhbət imzalanmış sənədlərin icrasından, təhlükəsizliyin təmin olunmasından və etimadın bərpasından gedir.
Nazir Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması ilə bağlı baş nazirlərin müavinləri səviyyəsində yaradılmış Üçtərəfli İşçi Qrupun xüsusi rolunu vurğulayıb.