
CHP-nin sədr müavini Bülent Kuşoğlu, partiyanın keçmiş sədri Kemal Kılıçdaroğlunun növbəti prezident seçkilərində yenidən namizəd olub-olmayacağı ilə bağlı diqqətçəkən açıqlamalar verib.
"Unikal" bildirir ki, Kuşoğlu Kılıçdaroğlunun bir daha prezidentliyə namizəd olmaq istəməyəcəyini düşünür. O, müxalifətin yeni namizəd müəyyənləşdirməkdə çətinlik çəkməməli olduğunu deyib.
“Türkiyədə prezident ola biləcək çox dəyərli insanlar var. Onlardan biri namizəd olacaq”, - deyə Kuşoğlu qeyd edib.