
Ermənistan Milli Təhlükəsizlik Şurasının yeni katibi Alen Simonyan sabiq prezident Robert Köçəryan və rusiyalı oliqarx Samvel Karapetyanı hədələyib.
“Teleqraf” xəbər verir ki, Köçəryan və Karapetyanın tərəfdarlarına müraciət edən Şura rəhbəri liderlərinin başlarına oyun aça biləcəyini deyib.
“Parlamentdəki müxalifət düşərgəsinin uşaq bağçası səviyyəsində olan nümayəndələri - adlarını yazmıram, çünki adları sizə heç nə deməyəcək - bu günə qədər Milli Məclisin zalında mənim kölgəmlə mübarizə aparırlar, amma nə qədər çalışsalar da, tüpürcəyimdən yuxarı qalxa bilmirlər. Öz savadsız liderlərinin pulları və erməni xalqını çaşdırmaq hesabına deputat olmuş bu balaca təlxəklər başa düşməlidirlər ki, belə şeylərdən sonra hər dəfə təkcə onların özlərini deyil, ilk növbədə xarici agent olan savadsız liderlərini də tapdalayacam.
Sizin mənim kölgəmlə belə mübahisə etməyə və ayaqlaşmağa nə ağlınız, nə də biliyiniz çatır. Ona görə də sakitcə öz yerinizə qayıdın, yoxsa o kaluqalı Samonun (Karapetyan) və o əyriağız Robun (Köçəryan) başına oyun açmalı olacam. Siz bunu çoxdan haqq etmişiniz, bundan sonra da edəcəksiniz”, - Simonyan sosial mediada yazıb.
Xatırladaq ki, Ermənistan parlamentinin keçmiş sədri Alen Simonyan avqustun 14-də Baş nazir Nikol Paşinyan tərəfindən Armen Qriqoryanın yerinə Milli Təhlükəsizlik Şurasının katibi təyin edilib.