"Antibiotik qızdırma salan və ağrı kəsən vasitə deyil"
TƏBİB-DƏN XƏBƏRDARLIQ
“Koronavirus xəstəliyinin antibiotiklərlə müalicəsi doğru deyil və bunun ciddi təhlükəsi var”.
 
Senzor.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında TƏBİB-in Dərman və tibb vasitələrinin planlaması şöbəsinin müdiri Elmin Quliyev deyib.
 
Onun sözlərinə görə, bəzən insanlar bədən temperaturunu aşağı salmaq üçün antibiotikdən istifadə edirlər: “Qeyd edim ki, antibiotik qızdırmanı aşağı salmır. Sadəcə qızdırmaya səbəb olan bakteriyalar məhv edilir. Yaxud da antibiotiklərdən ağrıkəsici kimi də istifadə olunur. Bu da yanlış düşüncədir. Koronavirus pandemiyası zamanı COVID-19 xəstələrinə o halda antibiotik tövsiyə edilir ki, onun yanaşı gedən ciddi xəstəlikləri olur. Bu da təbii ki, həkim tövsiyəsi əsasında icra olunur. Evdə açılıb istifadə olunan və flakonda qalan antibiotikin digər ailə üzvlərinə vurulması yolverilməzdir”.
 
E.Quliyev onu da xatırladıb ki, həkim tövsiyəsi olmadan antibiotik istifadəsi ümumiyyətlə yolverilməzdir. Başqası istifadə edib, müsbət təsir edib fikri ilə antibiotik istifadəsi doğru deyil. Virusların törətdiyi hər hansı xəstəlikdə antibiotik işə yaramır...”.
 





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.