
“ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiven Uitkoff və Cared Kuşnerin Rusiyaya səfəri hazırlıq və razılaşdırma tələb edir”.
“Teleqraf” xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.
“Bu səfərlə bağlı o qədər çox sual var ki, sanki söhbət hansısa yerdən, məsələn, dostların Kaluqadan Moskvaya baş çəkməsindən gedir. Başa düşürsünüz? Bu, ciddi beynəlxalq görüşdür və onun hazırlanması və razılaşdırılması tələb olunur”, - Uşakov jurnalist Pavel Zarubinə müsahibəsində bildirib.
Rusiya Prezidentinin köməkçisi qeyd edib ki, Kreml ABŞ nümayəndələrinin səfəri barədə yalnız məsələ dəqiqləşdikdən sonra məlumat verəcək.