Əraqçi: Pezeşkianın İlham Əliyevlə telefon danışığı ölkələrimizin münasibətlərində yeni səhifə açdı

İranın xarici işlər naziri Abbas Əraqçi İran və Azərbaycan prezidentləri arasındakı əlaqələri yüksək qiymətləndirib.

 

Senzor.az bildirir ki, bu barədə yerli KİV məlumat yayıb.

 

A.Əraqçi qeyd edib ki, İran Prezidenti Məsud Pezeşkianın Azərbaycan Prezidenti İlham Əliyevlə ilə son telefon danışığından sonra iki ölkənin münasibətlərində yeni səhifə açılıb.

 

O bildirib ki, İranın xarici siyasəti davamlı xarakter daşıyır və müxtəlif hökumətlər dövründə müəyyən təşəbbüslər və fərqli dialoq üsulları ilə həyata keçirilə bilər, lakin əsas prinsiplər dəyişməz olaraq qalır.

 

Əraqçi qeyd edib ki, Pezeşkian hökuməti dövründə qonşu ölkələrə daha çox prioritet verilib.

 

“Prioritetimizi belə müəyyənləşdirdik ki, ilk növbədə ətrafımızda sülh və əmin-amanlıq təmin olunsun, daha sonra isə qonşularla iqtisadi, siyasi və mədəni əməkdaşlıq üçün imkanlar yaradılsın”, – deyə Əraqçi bildirib.

 

Əraqçi Pezeşkianın müsəlman ölkələri arasındakı birliyə şəxsi inamına da toxunub.

 

O bildirib ki, Pezeşkianın müsəlman olan qonşu ölkələrin liderləri ilə çoxsaylı görüşlərində İslam ümməti arasında birliyin vacibliyi xüsusi vurğulanıb.

 

Nazir İran və Azərbaycan prezidentləri arasındakı ünsiyyəti yüksək qiymətləndirərək qeyd edib ki, Pezeşkian dialoqa, birbaşa ünsiyyətə və danışmağa böyük əhəmiyyət verir.

 

“Prezident Azərbaycan Respublikasına səfər etdiyi zaman, müəyyən eniş-yoxuşların və bəzi problemlərin müşayiət etdiyi münasibətlərimiz onun Azərbaycan Prezidenti ilə birbaşa ünsiyyəti sayəsində həmin səfər zamanı tamamilə dəyişdi”, – Əraqçi bildirib.

 

İranın xarici işlər naziri onu da əlavə edib ki, İranın Mərkəzi Asiya, Qafqaz, ölkənin şərqində Əfqanıstan və Pakistan, qərbində isə Türkiyə və İraq da daxil olmaqla digər qonşu ölkələrlə münasibətləri hələ də yaxşıdır.

 

Xatırladaq ki, daha əvvəl Pezeşkian Azərbaycanın ən çətin günlərdə İrana yardım etdiyini bildirib. Prezident İlham Əliyev ölkəmiz haqqında söylədiyi xoş və səmimi sözlərə görə Pezeşkiana təşəkkür edərək, Azərbaycanın qardaş İran xalqının yanında olduğunu bir daha göstərdiyini vurğulayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.