Yevgeni Xmara Ukraynanın yeni müdafiə naziri oldu - VİDEO

Ukrayna Ali Radası 312 səs çoxluğu ilə Yevgeni Xmaranın müdafiə naziri postuna təyinatını təsdiqləyib. 

 

Bu barədə "RBC Ukraina" məlumat yayıb.

 

Xmaranın namizədliyi bir gün əvvəl Prezident Volodimir Zelenski tərəfindən parlamentə təqdim olunmuşdu. Səsvermədən əvvəl xalq deputatları qarşısında çıxış edən Xmara hərbi xidmətdən tərxis olunduğunu və artıq mülki şəxs statusu daşıdığını bildirib.

 

"Mən sizin qarşınızda mülki şəxs kimi dayanmışam. Hərbi vəzifə və hərbi xidmət haqqında Qanunun 26-cı maddəsinə əsasən, xidmətdən azad edilmişəm", - deyə o qeyd edib.

 

Nazir kimi fəaliyyətindəki əsas prioritetləri sadalayarkən o, aşağıdakıları vurğulayıb:

 

- Cəbhənin gücləndirilməsi və hərbçilərin silahla operativ təminatı;

 

- Rusiya hərbi və strateji obyektlərinə qarşı "deep strike" (dərin zərbə) və "middle strike" (ortamənzilli zərbə) əməliyyatlarının həyata keçirilməsi;

 

- Ukraynanın hərbi-sənaye kompleksinin inkişaf etdirilməsi və silah istehsalının artırılması;

 

- Hərbi qulluqçuların müdafiəsi, dəstəklənməsi, təlimləri və xidmət üçün ədalətli qaydaların tətbiqi;

 

- Prezident, parlament, hökumət, Baş Qərargah, Müdafiə Nazirliyi, ordu, istehsalçılar və tərəfdaşlar arasında əməkdaşlığın möhkəmləndirilməsi.

 

Xmara xüsusi olaraq qeyd edib ki, müharibədə strateji təşəbbüs Ukraynanın əlinə keçməlidir və bu prosesdə yerli silahlar, eləcə də uzaqmənzilli zərbələr həlledici rol oynamalıdır.

 

Xatırladaq ki, hökumətin iyul ayındakı yenidənqurmasından bəri rəhbər əvəzi kimi müdafiə idarəsinə məhz Y.Xmara başçılıq edirdi.

 







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.