
ABŞ-ın maliyyə Naziri Skott Bessent Vaşinqtonun müttəfiqlərindən İranı iqtisadi cəhətdən təcrid etmək üçün misli görünməmiş sanksiya kampaniyasına qoşulmalarını istəyəcəyini açıqlayıb.
O, CNBC-yə verdiyi müsahibədə ABŞ-ın müttəfiqlərinin məsələ ilə bağlı mövqeyindən danışarkən “Ya bizimləsiniz, ya da bizə qarşı” ifadəsini işlədib.
Nazirin fikrincə, bu təzyiqlər İranın proksi qüvvələr vasitəsilə fəaliyyət göstərmək imkanlarını məhdudlaşdıracaq.
O əlavə edib ki, maksimum iqtisadi təzyiq hərbi qarşıdurmanın yenidən başlamaması deməkdir və neft bazarları bu təzyiqin mahiyyətini yanlış qiymətləndirir.
Bessent bildirib ki, ABŞ-ın planlaşdırdığı tədbirlər barədə daha sonra ətraflı məlumat verəcək: “Biz bu rejimi çökdürəcəyik”.