Aİ İsrailə qarşı
YENİ SANKSİYALAR TƏTBİQ EDƏ BİLƏR

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin Qəzzada hər gün 30-40 mülki şəxsin məqsədli şəkildə öldürülməsi yönündə çağırışından sonra Avropa İttifaqı İsrailə qarşı yeni sanksiyalar tətbiq edə bilər.

 

Bu barədə Almaniyanın xarici işlər naziri Yohan Vadeful “Neue Berliner Redaktionsgesellschaft” media qrupuna müsahibəsində deyib.

 

“Avropa İttifaqı artıq İsrailin məskunlaşma siyasəti ilə məşğul olan təşkilatlara qarşı sanksiyalar tətbiq edib. Biz onları dəstəkləyirik”, – deyə o bildirib.

 

“Biz bu səviyyədə yeni tədbirləri, xüsusilə də nazir Ben-Qvirlə bağlı məsələləri müzakirə edəcəyik”, – Vadeful qeyd edib.

 

“Teleqraf” xatırladır ki, Ben-Qvir Qəzza zolağında radikallar tərəfindən iki ildən çox saxlanılan keçmiş girov Rom Braslavskiyə müsahibəsində İsrailin hər gecə Qəzzada 30-40 sakini öldürməli olduğunu deyib. O, yalnız birbaşa təhlükə yaradan şəxslərin deyil, “yaşamağa layiq olmayan” insanların da öldürülməli olduğunu bildirib.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.