"Kiçik Məsud Əfqanıstanın qanuni rəhbəridir" – ÖLKƏNİN TACİKİSTANDAKI SƏFİRİ “TALİBAN”I TANIMIR

Əfqanıstanın Tacikistandakı səfiri Məhəmməd Zahir Ağbar məşhur səhra komandiri Əhməd Şah Məsudun oğlu Əhməd Məsudu Əfqanıstanın qanuni rəhbəri adlandırıb.


Diplomat bu barədə İtaliyanın “la Repubblica” qəzetinə müsahibəsində deyib.

Zahir Ağbar Kabildəki yeni hökumət haqqında mənfi fikirlər səsləndirib.

"Hansı rejim? Kabildə hər hansı yeni rejim yoxdur. Əfqanıstanın böyük hissəsini ələ keçirən “Taliban” şəhəri də işğal etdi”, - səfir bildirib.

O, “Taliban” tərəfindən qurulan hökuməti heç kimin tanımayacağına ümid etdiyini söyləyib: "Əfqanıstanda yeganə qanuni hökumət milli qəhrəmanımız Əhməd Şah Məsudun oğlu Əhməd Məsud hökumətidir".
 
Zahir Ağbar müqavimət qüvvələrinin olduğu Pəncşirin keçilməz və toxunulmaz olduğunu, eyni zamanda kiçik Məsudun Rusiyadan yardımla bağlı razılığa gəldiyini söyləyib.
 
Diplomat bildirib ki, Məsudun Talibanla apardığı danışıqlar hərbi əməliyyatlardan əvvəl vaxt qazanmaq üçün lazımdır.
 
"Digər Əfqanıstan liderlərindən fərqli olaraq Məsud illərdir yaraqlılarla savaşa hazırlaşır və bütün "Taliban" əleyhinə olan müqavimət qüvvələri indi onun komandanlığı altında toplanır", -səfir bildirib.
 
Azvision.az xatırladır ki, Pəncşir Əfqanıstanın "Taliban" tərəfindən tabe edilməyən yeganə əyalətidir. Pəncşir ətrafında vaxtaşırı döyüşlər baş verir. Tərəflərin bildirdiyinə görə, hazırda danışıqlar gedir, lakin hələlik nəticə yoxdur.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.