Zelenski ilə Poroşenkodan Putinə birgə sürpriz – RUSİYANIN “UKRAYNADA DAXİLİ NİFAQ PLANI” NECƏ POZULDU?
Ukraynada hakimiyyət və müxalifətin səylərini birləşdirməsi Vladimir Putinin daxili nifaq planını pozdu.
 
Yerli KİV bildirir ki, bunu Ukraynanın eks-prezidenti Pyotr Poroşenko deyib.
 
O, Ukraynanın hazırkı lideri Volodimir Zelenski ilə birlikdə Vladimir Putinə böyük sürpriz etdiyini vurğulayıb: “Prezident Zelenski ilə bir neçə görüşümüz oldu, razılaşdıq ki, vahid cəbhə kimi çıxış edəcəyik. Hesab edirəm ki, bu, tamamilə adekvat və düzgün davranışdır, indi bütün ukraynalılar - prezident, nazir, parlament fraksiyasının və ya partiyasının lideri, fəhlə... deyil, hamımız Ukraynanı müdafiə etməli olan əsgərlərik. Hamımız bərabərik. Və Ukrayna üçün ümumi məsuliyyət hamının çiynindədir”.
 
Onun fikrincə, ukraynalılar “blitskriq”i qırmaqla Rusiyanı və bütün dünyanı təəccübləndiriblər: “NATO generalları ukraynalıların 72 saatdan çox müqavimət göstərə bilməyəcəklərini iddia etmişdilər. Sonra 2014-cü ildə yaradılan Ukrayna Silahlı Qüvvələri dünyanın ən yaxşı ordularından biri kimi unikal qabiliyyətlərini nümayiş etdirəndə nəinki təəccübləndirdilər, həm də dünyanı birləşdirdilər. Demək istəyirəm ki, Ukrayna heç vaxt təslim olmayacaq. Rus qoşunlarının Ukraynada etdiklərini heç vaxt unutmayacaq və bağışlamayacaq. Rusiyanın Ukraynadan çıxmaqdan başqa yolu qalmayacaq”.
 
Axar.az xatırladır ki, daha öncə eks-prezident Pyotr Poroşenko Volodimir Zelenskini bu müharibədə tam dəstəklədiyini bəyan etmişdi.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.