Serj Sarqsyanın ölkədən çıxışına qadağa qoyuldu

Ermənistanın sabiq prezidenti Serj Sarqsyana ölkəni tərk etmək qadağan edilib.

 

Senzor.az bildirir ki, bu barədə yerli KİV Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin bəyanatına istinadən məlumat yayıb.

 

Qeyd olunub ki, Sarqsyana artıq ittiham irəli sürülüb.

 

"Korrupsiyaya Qarşı Mübarizə Komitəsində istintaq edilən eyni cinayət icraatı çərçivəsində Ermənistan Respublikasının sabiq prezidenti Serj Sarqsyana Ermənistan Respublikası Cinayət Məcəlləsinin 18 aprel 2003-cü ildə qəbul edilmiş 308-ci maddəsinin 2-ci hissəsi (qüvvədə olan Cinayət Məcəlləsinin 441-ci maddəsinin 2-ci hissəsinin 5-ci bəndinə uyğundur) ilə də ittiham irəli sürülüb", - komitədən bildirilib.

 

Xatırladaq ki, Serj Sarqsyana ölkənin ikinci prezidenti Robert Koçaryana qarşı başlanmış cinayət işi çərçivəsində ittiham irəli sürülüb, ona da vəzifə səlahiyyətlərindən sui-istifadə etmənin üç epizodu, xüsusilə külli miqdarda rüşvət almanın iki epizodu və xüsusilə külli miqdarda çirkli pulların yuyulmasının dörd epizodu üzrə ittihamlar irəli sürülüb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.