
Millət vəkili, Xalq artisti Polad Bülbüloğlu üçüncü dəfə evləndiyi barədə yayılmış məlumatlara münasibət bildirib.
Deputat “Novoye Vremya” qəzetinə açıqlamasında sözügedən informasiyanı təkzib edib.
Sənətçi hazırda Türkiyədə tətildə olduğunu qeyd edərək, Gülnarə Şıxəliyeva ilə boşanmadığını və üçüncü dəfə evlənmədiyini bildirib.
Xalq artisti həmçinin vurğulayıb ki, Azərbaycana qayıtdıqdan sonra bu məlumatı yayan saytların hərəkətlərinə hüquqi qiymət verilməsnə nail olmaq niyyətindədir.
Xatırladaq ki, ötən gün 81 yaşlı Xalq artisti Polad Bülbüloğlunun 48 yaşlı Əməkdar artist, tanınmış rəqqasə Eteri Cəfərova ilə ailə həyatı qurduğu haqda məlumat yayılıb.