Yerdə maqnit qasırğasının pik həddi gözlənilir

Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyasının proqnozlarına əsasən, növbəti üç gün ərzində geomaqnit vəziyyəti pisləşəcək. Bu prosesin ən yüksək həddinin avqust ayının 28-nə təsadüf edəcəyi gözlənilir.

 

Modern.az bildirir ki, avqustun 26-da Kp indeksi sabit qalsa da, avqustun 27-də maqnit qasırğasının baş vermə ehtimalı 51 faizə, növbəti gün isə 65 faizə qədər artacaq.

 

Mütəxəssislər xəbərdarlıq edirlər ki, avqustun 28-də orta enliklərdə G1 səviyyəsinə uyğun gələn maqnitosfer dalğalanmaları gözlənilir. Planetar aktivliyi xarakterizə edən Ap indeksinin avqustun 27-də 22 bal, 28-də isə 34 bal olacağı proqnozlaşdırılır. Halbuki sözügedən müddətin başlanğıcında bu rəqəm yalnız 5 vahid səviyyəsində idi.

 

Növbəti bir ay üçün verilən uzunmüddətli proqnozlara gəldikdə isə, alimlər Günəşdə ciddi dalğalanmaların proqnozlaşdırılmadığını və nisbətən sakit bir vəziyyətin qeydə alındığını bildirirlər.

 

Bununla belə, alim Natan Eysmont xəbərdarlıq edib ki, Günəşdəki partlayışlar planetimiz üçün ölümcül təhlükə daşımasa da, orbitdəki peyklərə ciddi zərər vura bilər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.