Məhəmməd İslami: Beynəlxalq Atom Enerjisi Agentliyi ABŞ və İsrailin oyuncağına çevrilib

İranda bombardman edilmiş obyektlərin Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) tərəfindən yoxlanılması qanuni qərarlardan asılıdır.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami deyib.

 

"Agentlik (BAEA-red.) ABŞ və İsrailin oyuncağına çevrilib", - o bildirib.

 

M.İslami BAEA-nın nizamnaməyə uyğun və siyasi təzyiqlər olmadan fəaliyyət göstərməsini gözlədiklərini xatırladıb: "Hərbi hücumun hədəfi olan bütün mərkəzlər əvvəllər Agentlikdə qeydiyyatdan keçmişdi və yoxlanılırdı; Agentliyin susması və bu hücumları pisləməməsi onun səlahiyyət və müstəqilliyini şübhə altına alır.

 

Agentliyin zərər görmüş obyektlərə baxış keçirməsi üçün Vaşinqton və Təl-Əvivin təzyiqi onların öz hərbi əməliyyatlarının nəticələrini qiymətləndirmək məqsədi daşıyır; lazımi təhlükəsizlik qaydaları və protokolları hazırlanana qədər, parlamentin qanununa əsasən bu mərkəzlərin yoxlanılması iddiası qəbuledilməzdir".

 

Onun sözlərinə görə, zərbəyə məruz qalmayan obyektlər təminat sazişinə uyğun olaraq yoxlanılıb, lakin ölkə hələ də müharibə şəraitindədir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.