Məhkəmə Robert Köçəryan barəsində həbs qərarı verdi

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi ölkənin sabiq prezidenti Robert Köçəryan barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, R. Köçəryana külli miqdarda çirkli pulların yuyulması, vəzifə səlahiyyətlərindən sui-istifadə və külli miqdarda rüşvət alma faktları üzrə ittihamlar irəli sürülüb.

 

Ermənistan mediası qeyd edib ki, hakim Sarkis Dadoyanın sədrliyi ilə keçirilən iclas hələ dünəndən başlayıb. Gecə R. Köçəryan həkimlərin göstərişi ilə xəstəxanaya çatdırılıb və məsələnin baxılması onun iştirakı olmadan davam edib.

 

İstintaqın versiyasına görə, o, ölkə prezidenti olduğu dövrdə qulluq mövqeyindən istifadə edərək başqa şəxslərlə əlbir olub ictimai və iqtisadi əhəmiyyətli bir sıra obyektləri bazar qiymətindən aşağı qiymətə əldə edib.

 

Cinayət icraatı çərçivəsində altı nəfər, o cümlədən Robert Köçəryan, onun oğlu və digər şəxslər saxlanılıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.