Türkiyənin 26 vilayətində daşqınlarla bağlı XƏBƏRDARLIQ ELAN OLUNUB
PROQNOZ

Türkiyənin Baş Meteorologiya İdarəsi ölkənin 26 vilayətində, o cümlədən Adana və Antalyada leysan yağışlarla əlaqədar güclü sel və daşqınların, eləcə də torpaq sürüşmələrinin gözlənildiyi barədə xəbərdarlıq edib.

 

Məlumatı “Haber 7” yayıb.

 

Xüsusilə Samsun, Sinop, Amasya, Tokat və Orduda yağıntının daha intensiv olacağı bildirilir, sel və daşqınlara qarşı vətəndaşların sayıqlıq nümayiş etdirməsi tələb edilib.

 

İstanbulda gündüz saatlarında yenidən yağış yağacaq, axşam isə yağıntı zəifləyəcək. Lakin güclü külək havanı daha sərin hiss etdirəcək. Temperatur 24-25 dərəcə təşkil edəcək.

 

Meteorologiya qurumunun son qiymətləndirmələrinə əsasən, Mərkəzi Qara dəniz bölgəsində gözlənilən leysan yağışlarının bu gecə saatlarından etibarən Samsun, Ordu və Giresun ətrafında, eləcə də Amasya və Tokatın şimalında güclü (25-60 kq/m²) olacağı gözlənilir. Samsunun şərqində və Ordunun qərbində isə yağıntının çox güclü və bəzi yerlərdə şiddətli (51-100 kq/m²) olacağı proqnozlaşdırılır.

 

Sabah axşam saatlarınadək davam edəcəyi gözlənilən güclü yağışlarla əlaqədar sel, subasma, ildırım, torpaq sürüşməsi və nəqliyyatda problemlər kimi mənfi hallara qarşı diqqətli və ehtiyatlı olmaq tövsiyə edilib.








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.