
Bülletenlərin 99,63 faizi sayıldıqdan sonra Çeçenistan lideri Ramzan Kadırov regional rəhbərlik seçkilərində səslərin təxminən 100 faizini toplayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Məlumata görə, Kadırov səslərin 99,85 faizini əldə edib(Bax: https://www.youtube.com/shorts/Od-nNUymTa8).
Kadırovdan başqa, Ədalətli Rusiya Partiyasının üzvü İsmayıl Denilxanov və Kommunist Partiyasının üzvü Xalid Nakayev Çeçenistan rəhbəri vəzifəsinə namizədliyini irəli sürüblər. Hər iki siyasətçi səslərin 0,3 faizindən azını toplayıb.