Zelenski Pentaqon rəhbəri ilə Donbasdakı vəziyyəti müzakirə etdi – “BAYDENİN FİKİRLƏRİNİ EŞİTMƏK İSTƏYİRƏM”

ABŞ-da səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski Pentaqon rəhbəri Lloyd Ostinlə görüşüb. Tərəflər Donbasdakı vəziyyəti, Rusiyanın Azov-Qara dəniz bölgəsindəki aqressiyasına qarşı mübarizə üçün əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, məlumatı Ukrayna liderinin mətbuat xidməti yayıb.
 
Zelenski avqustun 26-da Kabildə törədilən terror aktında həlak olmuş ABŞ hərbçilərinə görə başsağlığı verib, Ukraynanın Əfqanıstandan təxliyədə göstərdiyi köməyi qeyd edib.
 
Pentaqon rəhbəri ABŞ-ın Ukraynanın yanında olacağını, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyəcəyini, Rusiyanın təcavüzünə qarşı kömək edəcəyinəi və Kiyevin NATO hədəflərini dəstəkləyəcəyini bildirib.
 
Görüşdə Zelenski köməyə görə təşəkkür edib, ABŞ-dan Ukrayna ordusu üçün müalicə- reabilitasiya mərkəzləri şəbəkəsinin inkişafına dəstək gözlədiyini söyləyib.
 
Xatırladaq ki, Zelenski ABŞ-da işgüzar səfərdədir, onun bu gün Prezident Co Baydenlə görüşü planlaşdırılır.
 
 
Yeri gəlmişkən, bundan əvvəl V.Zelenski bir çox məsələdə məhz Baydenin fikirlərini eşitmək istədiyini bildirmişdi: “Bizim sadəcə sual-cavabdan ibarət yox, ciddi görüşümüz var. Bir çox məsələ var ki, cavab yox, fikir almaq lazımdır. Bir çox məsələdə Baydenin fikirlərini eşitmək istəyirəm”.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.