
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Onun sözlərinə görə, müharibə gedən ərazilərdən vətəndaşların təxliyəsinə dair hər iki tərəflə danışıqlar aparılır. Nazir bildirib ki, Ukraynadakı Ahıska türkləri, Krım tatarları və digər xalqların nümayəndələrini də təxliyə edirlər.
“Mariupolda 100-dən çox vətəndaşımız var, oradaki məsciddə qalanların ərzaqla bağlı heç bir problemləri yoxdur, biz onlarla əlaqədəyik. Azərbaycanlı qardaşlarımızın təxliyəsi ilə bağlı da əvvəldən məlumat vermişdik. Ötən gecə rusiyalı həmkarım Sergey Lavrovla danışdım. Yaxın günlərdə yaxşı xəbərlər gözləyirik”, - o deyib.