
“İnterfaks” xəbər verir ki, bu təklifi Polşa Baş nazirinin müavini, hakim “Hüquq və Ədalət” partiyasının rəhbəri Yaroslav Kaçinski səsləndirib.
“Hesab edirəm ki, NATO-nun sülhməramlı missiyasına və ya daha geniş beynəlxalq struktura ehtiyac var. Lakin missiya Ukrayna ərazisində fəaliyyət göstərməli və özünü müdafiə edə bilməlidir”, - deyə Yaroslav Kaçinski Ukrayna Prezidentinin avropalı siyasətçilərin nümayəndə heyəti ilə Kiyevdə keçirilən görüşünün nəticələri ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Xatırladaq ki, ötən gün Polşa Nazirlər Kabinetinin rəhbəri Mateuş Moravetski, baş nazirin müavini, Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Yaroslav Kaçinski, həmçinin Çexiyanın Baş naziri Petr Fiala və Sloveniyanın Baş naziri Yanez Yanşa Avropa İttifaqı Şurasının nümayəndələri qismində Ukrayna Prezidenti Volodimir Zelenski və Baş nazir Denis Şmıqalla görüşmək üçün qatarla Kiyevə səfər ediblər.