Hikmət Hacıyev: Xəzər Azərbaycanı və Mərkəzi Asiyanı ayırmır, birləşdirir...

Region ölkələrinin mehriban qonşuluğu, əməkdaşlığı və birgə fəaliyyəti Azərbaycanın xarici siyasətinin əsaslarından biridir.

 

Senzor.az bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ceffri Saksa verdiyi müsahibəsində deyib.

 

"Biz qonşularımızla möhkəm tərəfdaşlıq, bəzi hallarda isə müttəfiqlik münasibətləri qurmuşuq", - o deyib.

 

H.Hacıyev Rusiya ilə münasibətləri nümunə gətirib, həmçinin İranla tarixi və dostluq əlaqələrini, ortaq mədəniyyət və ənənələri qeyd edib.

 

O əlavə edib ki, Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə mədəniyyət, dil yaxınlığı, tarix və ənənələr birləşdirir.

 

"Xəzərin bizi dənizin digər sahilindəki qardaşlarımızla, Mərkəzi Asiya ölkələri ilə ayırmadığı, əksinə, birləşdirməsi barədə danışırıq. Mərkəzi asiyalı qardaşlarımızın yekdil siyasi qərarı ilə Azərbaycan Mərkəzi Asiyanın Məşvərət Şurasının iştirakçısı oldu. Mən həmçinin deyirəm ki, bu, sadəcə "5+1", riyaziyyat məsələsi deyil. Bu, kimya, qovuşma məsələsidir. İndi Mərkəzi Asiya "altılığa" çevrilir, çünki Azərbaycan da bu mədəniyyətə mənsubdur", - Prezdentin köməkçisi vurğulayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.