
Hazırda Bakıda və Abşeron yarımadasının bəzi yerlərində dumanlı hava şəraiti müşahidə olunur.
Senzor.az bildirir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd olunub ki, buna səbəb gecə saatlarında yerüstü təbəqədə səthin soyuması və havanın temperaturunun aşağı düşməsidir.
İl ərzində daha çox dumanlı hava şərati dekabr, yanvar, fevral, mart, aprel ayına təsadüf edir. Maydan oktyabr ayına qədər dumanlı günlərin sayı müəyyən qədər azalsa da, noyabrdan etibarən əksinə, artmağa başlayır.