İran ABŞ-a və region ölkələrinə xəbərdarlıq etdi

“İran Silahlı Qüvvələri istənilən mümkün təhdidə qarşı tam döyüşə hazırdır”.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf deyib.

 

“Hərbi əməliyyatlar və döyüş meydanında müdafiə hazırlığının ən yüksək səviyyəsindəyik. ABŞ yenidən strateji səhvə yol verərsə, bilməlidir ki, bu dəfə tamamilə yeni müharibə meydanı ilə qarşılaşacaq və bugünkündən daha çıxılmaz vəziyyətə düşərək çıxış yolu axtaracaq”, - spiker bildirib.

 

O əlavə edib ki, əli həmişə tətiyin üzərində olan İran döyüşə hazır olduğu kimi, ABŞ-a “güclü və məntiqli cavab” verib: “Hazırda müharibənin qarşısını almaq üçün növbəti addım Vaşinqtondan asılıdır”.

 

Qalibaf region ölkələrinə də müraciət edərək vurğulayıb ki, İran özünü müdafiə etməyə tam hazırdır və ABŞ-ın mümkün hücumuna qətiyyətli cavab verəcək.

 



Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.