
Kreml Rusiya, ABŞ və Ukraynanın iştirakı ilə üçtərəfli danışıqların 10-11 noyabr tarixlərində Əbu-Dabidə keçiriləcəyini təsdiqləyib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Kremlin sözçüsü Dmitri Peskov Rusiya nümayəndə heyətinin 10 və 11 noyabr tarixlərində Əbu-Dabidə olacağını və üçtərəfli danışıqlarda iştirak edəcəyini deyib.
O, Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında Vladimir Medinskinin Rusiya nümayəndə heyətinin rəhbəri olaraq qalacağını da vurğulayıb.