Ölkənin mərkəzi bankı kimi fəaliyyət göstərən ABŞ Federal Ehtiyat Sistemi (FED) ölkə valyutasının uçot dərəcəsini dəyişdirib.
Senzor.az bildirir ki, gözləntilərə uyğun olaraq, qurum dollar üzrə faiz dərəcələrini 0,25 bənd artıraraq 0,25-0,50% aralığına çatdırıb.
Qeyd edək ki, bu, 2018-ci ildən bəri FED-in faiz dərəcələrinin artırılması ilə bağlı ilk qərarıdır.
ABŞ Federal Ehtiyat Sisteminin sədri Cerom Pauel bildirib ki, Ukraynadakı hadisələrin dünya və ABŞ iqtisadiyyatı üçün nəticələrini proqnozlaşdırmaq hazırda çox çətindir. Onun sözlərinə görə, Ukraynada baş verən hadisələr qlobal təchizat zəncirlərinin vəziyyətini pisləşdirə bilər ki, bu da ABŞ iqtisadiyyatına mənfi təsir göstərəcək.