Türkiyə, Rusiya və Ukrayna liderlerinin görüşmək ehtimalı artır
ŞƏRH-PROQNOZ
Dünən Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrovun birlikdə keçirdiyi mətbuat konfransı maraqlı açıqlamalarla yadda qalıb. Belə ki, tərəflər prezidentlər Vladimir Putinlə Volodimir Zelenskinin görüşünün mümkünlüyünü ifadə ediblər. 
Çavuşoğlu deyib ki, liderlər səviyyəsində qəbul olunası qərarlar var: “Rəsmi Ankara Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenskinin üçtərəfli görüşünü təşkil etmək istəyir. Amma vacib olan müzakirənin harada keçiriləcəyi deyil. Əsas məsələ müzakirənin başlanmasıdır”. 
Lavrov isə vurğulayıb ki, bunun üçün əngəl yoxdur: “Əsas odur ki bu, görüş naminə görüş olmasın”.
 
Proqnozlaşdırdığımız kimi, bu görüşdə liderlər səviyyəsində təmasların gündəmə gələcəyi gözlənilirdi. Çünki bu, artıq zərurətə çevrilib. Müharibənin davam etməsi nə Kiyevin, nə Moskvanın ürəyincədir. Ankara isə vasitəçilikdə və daimi sülhə nail olmaqda israrlıdır. Yəqin ki, Çavuşoğlu ilə ukraynalı həmkarı Dmitro Kulebanın bugünkü görüşündə də dövlət başçıları səviyyəsində təmaslar barədə fikir mübadiləsi aparılacaq. Qarşıdakı günlərdə isə bu görüşün tarixi barədə razılaşma əldə oluna bilər. 
 
Doğrudur, tərəflərin tələb və təklifləri fərqlidir. Lavrovun bu gün səsləndirdiyi "Bu görüş görüş xətrinə olmasın" fikri də dediyimiz məqamı təsdiqləyir. Amma reallıqlar başqadır. Hazırkı şərait Rusiyanın öz ambisiyalarını həyata keçirməsi üçün əlverişli deyil. Bunu Moskvada da başa düşənlər var. Odur ki, Kreml konsesusda maraqlıdır.
 
Sabahkı görüşdən sonra Ərdoğanın Putin və Zelenski ilə telefonla danışması mümkündür. Bundan sonra isə prezidentlər səviyyəsində üçtərəfli görüş barədə daha qəti və konkret bəyanatlar səsləndirilə bilər. 
 
Bütün hallarda, belə bir görüşün baş tutması ehtimalı az deyil. Və bu görüşdən sonra proseslərin hansı məcrada inkişaf edəcəyi aydın olacaq.
 
Kənan Novruzov,
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.