Rusiya ordusu Ukrayna ilə müharibədə
ŞƏXSİ HEYƏT RUHDAN DÜŞÜB, FƏRARİLİK HALLARI ARTIR
Gün ərzində Rusiyanın Şərq Hərbi Dairəsinin 35-ci birləşmiş ordusunun komanda məntəqəsi və dayaq bölmələri məhv edilib.
 
Milli.az bildirir ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Rusiyanın hücumu ilə bağlı saat 06.00-a olan və Facebook-da yerləşdirilən operativ məlumatında belə deyilir.
 
Qeyd olunur ki, son sutka ərzində müdafiə qüvvələrinin vəziyyətində, mövqeyində və hərəkətlərinin xarakterində ciddi dəyişikliklər baş verməyib. Ukrayna Silahlı Qüvvələri möhkəmlənməyə və ələ keçirilən xətlərin müdafiəsini saxlamağa çalışan düşmən qoşunlarının qruplaşmalarına sarsıdıcı zərbələr endirməkdə davam edib.
 
"Ukraynalı müdafiəçilər gün ərzində Rusiya Federasiyası Silahlı Qüvvələrinin Şərq Hərbi Dairəsinin 35-ci Əlahiddə Ümumqoşun Ordusunun komanda məntəqəsini və dayaq hissələrini məhv ediblər, düşmənin itkiləri dəqiqləşdirilir", - məlumatda deyilir.
 
Qeyd olunur ki, quru əməliyyatı keçirməkdə uğur qazanmayan düşmən Ukrayna şəhərlərinin infrastrukturuna və əhalinin sıx məskunlaşdığı ərazilərə raket və bomba zərbələri endirməkdə davam edir.
 
Həmçinin bildirilir ki, rus əsgərləri informasiya məkanında məkrli fəaliyyətlərini davam etdirirlər - onlar kiberhücumlar həyata keçirir, televiziya və radio siqnallarının təkrarlayıcılarını fiziki olaraq məhv edir, Ukraynanın ali hərbi-siyasi rəhbərliyini və dövlət başçısını nüfuzdan salmaq məqsədilə kütləvi informasiya kampaniyasını davam etdirirlər, - məlumatda qeyd olunur.
 
"Bununla yanaşı, düşmən öz əhalisi arasında "xüsusi əməliyyat" adlanan əməliyyatın gedişi ilə bağlı dezinformasiyaları fəal şəkildə yaymaqda davam edir.
 
Rusiya qoşunları itki verməkdə davam edir. Onların döyüş hissələrinin və dəstək hissələrinin cəlb edilməsində böyük problemləri var. Düşmənin şəxsi heyəti ruhdan düşüb, bu da fərarilik hallarının və Rusiya ordusunda Ukrayna ərazisindəki müharibədə iştirakdan imtina hallarının artmasına səbəb olub", - məlumatda deyilir.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.