
TASS -a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.
“Beynəlxalq Məhkəmədə tərəflərin razılığı deyilən bir şey var. Burada heç bir razılaşma ola bilməz. Belə halda bu, nəzərə ala bilməyəcəyimiz bir şeydir”, - deyə Peskov izah edib.
Qeyd edək ki, ötən gün BMT-nin ali məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi (İCJ) Rusiyadan Ukraynadakı hərbi əməliyyatlarını dərhal dayandırmağı tələb edib.