Avropa Şurası Nazirlər Komitəsi (AŞNK) Ukraynadakı müharibədə oynadığı rola görə Belarus hakimiyyəti ilə əməkdaşlığı dayandırıb.
TASS bildirir ki, bu barədə cümə axşamı beynəlxalq təşkilatın mətbuat xidməti məlumat yayıb.
“AŞNK Belarusun təşkilatın bütün iclas və tədbirlərində iştirak hüquqlarını dayandırır. Bu, Belarusun Avropa Şurasının, o cümlədən Venesiya Komissiyasının razılaşmalarında iştirakına da aiddir”, - deyə məlumatda bildirilib.
Təşkilat həmçinin Minsklə “istənilən texniki əməkdaşlığı” dayandırmaq niyyətindədir.
Eyni zamanda, AŞNK Belarusun vətəndaş cəmiyyəti və mühacirətdəki müxalifətilə əlaqələri gücləndirmək qərarına gəlib. Yaxın gələcəkdə nazirlər bu fəaliyyət sahəsində əlavə qərarlar qəbul etmək niyyətindədirlər.