“Ukraynada baş verənlər Qərbin siyasi kursunun kvint-essensiyasıdır”.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov RT-yə müsahibəsində deyib.
“Bura Rusiyanın marginallaşdırılması, onun qarşısını almaq, inkişafını əngəlləmək, həmçinin Rusiyanın dünya siyasətində, iqtisadiyyatında, incəsənətində, idmanında, ticarətində, elmində rolunu sıfıra endirmək daxildir. Biz qərbli həmkarlarımızın atdığı presedenti olmayan addımları müşahidə edirik”, - o vurğulayıb.
S.Lavrov deyib ki, ABŞ-ın Cozef Bayden administrasiyasının rəhbərliyə başlayandan sonra dünyanı yenidən təkqütblü xarakterə çevirmək tendensiyası daha da güclənib.
Sergey Lavrov Qərbin onlara tətbiq etdiyi sanksiyalara da münasibət bildirib: “Bizə qarşı sanksiyalar davam edəcək. Amma bu, Rusiyanı qorxutmur. Sanksiyalar həmişə bizi gücləndirib. İndi bizim qərbli tərəfdaşlarımız yoxdur”.
“Report” xatırladır ki, RT (keçmiş “Russia Today”) Rusiya hökumətinin maliyyələşdirdiyi çoxdilli beynəlxalq informasiya telekanalları şəbəkəsidir. RT özünü Rusiyada və dünyada baş verənlərə alternativ baxış təqdim edən telekanal kimi təqdim edir. Bir sıra siyasətçilər, mütəxəssislər RT-ni Rusiya rəhbərliyinin xarici siyasət xəttinə ciddi əməl edən təbliğat kanalı kimi xarakterizə edir; onu dezinformasiya yaymaqda, qərəzlilikdə suçlayır. Bir sıra dövlətlərin daxili işlərinə qarışma ittihamları RT-nin və onun törəmə şirkətlərinin həmin ölkələrdə fəaliyyətinə əhəmiyyətli məhdudiyyətlərin qoyulması üçün əsas olub. 2022-ci ildə Rusiyanın Ukraynaya təcavüzündən sonra Avropa İttifaqı ölkələrində RT-nin yayımı dayandırılıb.