Çin lideri: "ABŞ və NATO Rusiya ilə dialoq aparmalıdır"
Çin Xalq Respublikasının Sədri Si Cinpin ABŞ Prezidenti Co Baydenlə söhbətində Vaşinqtonun Moskva ilə danışıqlara ehtiyacı olduğunu söyləyib.
 
Senzor.az bildirir ki, Çin Xarici İşlər Nazirliyinin liderlər arasındakı danışıqlar barədə yaydığı  məlumatda belə deyilir.
 
“ABŞ və NATO Ukrayna böhranının əsl səbəbini anlamaq üçün Rusiya ilə dialoq aparmalıdır. Danışıqlarda hər iki ölkənin təhlükəsizlik məsələləri ön planda olmalıdır”,- deyə məlumatda ölkə liderindən sitat gətirilir.
 
Si Cinpin vurğulayıb ki, sanksiyaların tətbiqi sadə insanların əziyyət çəkməsinə səbəb olur. Onun sözlərinə görə, sanksiyalar artarsa bu, qlobal iqtisadiyyat, ticarət, maliyyə, enerji, qida, istehsal zəncirləri və tədarük zəncirlərində ciddi böhrana səbəb olacaq.
 
“Əsas prioritet dialoqu və danışıqları davam etdirmək, mülki əhali arasında itkilərin qarşısını almaq və atəşkəsi sürətləndirməkdir”, - deyə Si Cinpin bildirib.
 
Çin lideri həmçinin, Rusiya və Ukrayna arasında danışıqların dəstəklənməsinin vacibliyinə işarə edib və qeyd edib ki, onun ölkəsi həmişə beynəlxalq hüquqa və münasibətlərə hörmət edir.
 
“Münaqişə və qarşıdurma heç kimin marağında deyil. Sülh və təhlükəsizlik beynəlxalq birliyin daha çox qiymətləndirməli olduğu dəyərdir” deyən Si Cinpin onu da əlavə edib ki, Çin və ABŞ dünyanın aparıcı ölkələri olaraq sülh və sabitlik üçün çalışmalıdırlar: “Biz BMT Təhlükəsizlik Şurasının daimi üzvü və dünyanın iki aparıcı iqtisadiyyatı kimi təkcə Çin-ABŞ münasibətlərini düzgün yola yönəltməklə kifayətlənməməli, həm də beynəlxalq məsuliyyətdən üzərimizə düşən payı daşımalıyıq”.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.