
APA xəbər verir ki, bunu Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş əməkdaşı Paul Kolbe deyib.
“Türkiyə Moskvaya qarşı mübarizə üçün Rusiyanın sonuncu S-400 sistemlərini Ukraynaya təhvil verərək ABŞ ilə razılığa gəlməlidir”,- deyə Kolbe bildirib.
Mütəxəssis xatırladıb ki, Ankaranın Rusiya silahlarını alması Vaşinqtonun kəskin mənfi reaksiyasına səbəb olub və cavab olaraq Türkiyəyə F-35 qırıcılarının satışını dayandırıb.
Keçmiş kəşfiyyatçı belə bir sövdələşmənin Ankara ilə Vaşinqton arasında münasibətlərin bərpasına kömək edəcəyini düşünür.