Ərdəbil küçələrində plakatlar asıldı: “TÜRK DİLİ RƏSMİ OLSUN”
Güney azərbaycanlı milli fəallar Ərdəbil şəhərinin bir sıra küçələrində üzərinə “Türk dili rəsmi olsun!” yazılmış böyük plakatlar asıblar.
 
“Azad İran” “Telegram” kanalı xəbər verir ki, bu addım “İRİB-3” televiziyasında keçirilən Novruz bayramı şənliyi zamanı Azərbaycan rəqs və musiqisinin yarıda dayandırılması və senzura tətbiq edilməsinə etiraz əlaməti olaraq atılıb.
 
Xatırladaq ki, Novruz bayramı münasibəti ilə keçirilən canlı yayımda İranda yaşayan bütün etnik xalqların milli rəqs və musiqiləri tam şəkildə icra edilsə də, Azərbaycan rəqs və musiqisi yarıda kəsilib və senzura tətbiq edilib.
 
“İRİB-3” telekanalının bu addımı Güney Azərbaycanda etirazlarla qarşılanıb. Etiraz edənlər arasında ərdəbilli müğənni Ayhan və “Aylan” rəqs ansamblı da olub.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.