Ukraynadakı müharibə Paşinyanı tələsdirir: Türkiyə ilə diplomatik əlaqələr qurulur
ŞƏRH
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan dünən parlamentdə çıxış edib. O, Türkiyə ilə diplomatik əlaqələrin inkişafından danışıb. Diplomat proseslərin inkişafını müsbət qiymətləndirib. Mirzoyan Antalya Diplomatik Forumunda iştirak etməklə doğru addım atdıqlarını deyib. Nazir, həmçinin vurğulayıb ki, Ankara ilə diplomatik əlaqələrin bərpası istiqamətində bundan sonra da iş davam etməli, sərhədlər açılmalıdır. 
 
Görünür, rəsmi İrəvan artıq reallıqları anlamağa başlayıb. Əvvəllər də dediyimiz kimi, proseslər sürətlənir. Xüsusilə Rusiyanın Ukrayna ilə müharibə aparması yeni geosiyasi reallıqlar yaratdı. Belə ki, Ermənistan hakimiyyəti Kremlin Cənubu Qafqazdakı təsir gücünün azalacağını bilir. Savaşın nəticəsindən asılı olmayaraq bu, belə olacaq. Moskvanın regiondakı təsir imkanlarını qoruya bilməyəcəyi indidən hiss edilir. Ermənistan isə bundan istifadə edərək öz geosiyasi prioritetləri istiqamətində addım atır. Şübhəsiz ki, bu, Türkiyə ilə diplomatik əlaqələrin bərpasıdır. 
 
İkinci bir tərəfdən, Ermənistan iqtisadiyyatının xeyli hissəsi hazırda Rusiyadan asılıdır. Deməli, Moskvanın məğlub olması İrəvana da ciddi təsir edəcək. Ona görə də Paşinyan administrasiyası indidən qabaqlayıcı tədbirlər görməyə çalışır. Odur ki, Şərqi Avropadakı müharibənin Ermənistanı bir az da tələsdirdiyini desək, yəqin, yanılmarıq.
 
İstər Kremlin, istərsə də Ermənistandakı müxalifətin əli ilə təxribatlar həmişə mümkündür. Xüsusilə yaxın gələcək üçün bunu istisna etmək olmaz. Ancaq oxşar təxribatlar regionda yeni siyasi reallığın formalaşmasına, o cümlədən Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələrin bərpasına və Azərbaycanın Qarabağla bağlı prioritetlərinin reallaşmasına mane olmayacaq, ola bilməyəcək. Çünki hazırkı geosiyasi reallıqları Bakı ilə Ankara diktə edir.
 
Kənan Novruzov,
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.