Zelenski rus analara müraciət etdi -
"OĞULLARINIZA HƏQİQƏTİ DEYİN"
“Ukrayna Rusiyanın təhlükəsizliyi üçün heç vaxt təhdid yaratmayıb. Biz indi də hər şeyi ancaq öz torpaqlarımıza sülh gətirmək üçün edirik”.
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski xalqa növbəti müraciətində deyib.
 
“Əminəm ki, rusların bəziləri televiziya kanallarında gördüklərindən beziblər. Təbliğatçıların maaşları sizin vergilərinizlə ödənilir. Siz daha da yoxsullaşırsınız. Hökumətinizin sizi hər ötən gün daha da yoxsullaşdırmaq, dünyadan təcrid etmək, müharibəyə ölməyə göndərmək üçün sizdən vergi alması axmaqlıq deyil? Sülh istəyən rus vətəndaşlar, oğullarınızı müharibədən xilas edin. Onlara müharibə haqqındakı həqiqətləri deyin”, - dövlət başçısı vurğulayıb.
 
V.Zelenski bildirib ki, Rusiyanın mübarizəsi təkcə Ukrayna ilə müharibədən ibarət deyil: “Rusiya müstəqilliyə qarşı savaşır. Bizim torpaqlarımız onlar üçün sadəcə başlanğıcdır. Kreml Avropadakı və dünyadakı bütün insanların azadlıqlarını əllərindən almaq istəyir. Hər birimiz Moskvanı dayandırmaq üçün çalışmalıyıq. Ukraynanı dəstəkləyən hər kəsə minnətdaram, amma müharibə davam edir. Mülki əhaliyə qarşı terror davam edir. Savaşın bir ayı tamam oldu. Bu, uzun müddətdir”.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.