
Senzor.az bildirir ki, bunu Böyük Britaniyanın Baş naziri Boris Conson “Tvitter” səhifəsində yazıb.
“Rusiya Ukraynanın şəhər və qəsəbələrini toz-torpağa çevirərkən biz dayana bilmərik və dayanmayacağıq. Putin artıq Ukraynada uğursuzluğa düçar olur. Ukrayna xalqı çox cəsarətli davranır. Britaniya müttəfiqləri ilə birlikdə Ukraynanı dəstəkləməyə, tiranlığa son qoymağa davam edir. Biz birlikdə qalib gələcəyik”, - hökumət başçısı bildirib.