
"Politico" xəbər verir ki, bunu Brüsseldə keçirilən G7 sammitindən sonra jurnalistlərə açıqlamasında Almaniya Kansleri Olaf Şolz deyib.
“Biz bu məsələni araşdırdıq. İndi müəyyən etdik ki, ödənişlərin hansı valyutada aparıldığını göstərən sabit müqavilələr var. Orada isə əksər hallarda avro və ya dollar göstərilir”, - Kansler vurğulayıb.
O, həmçinin qeyd edib ki, G7 sanksiyaları (Rusiya Federasiyasına qarşı – red.) lazım olan müddətə saxlamağa və onların effektivliyinə nəzarət etməyə razılaşıb: "Lazım gəlsə, əlavə sanksiyalarla cavab verəcəyik".
Polşanın PGNiG neft-qaz şirkəti də Rusiyaya qazın pulunu rublla ödəmək niyyətində olmadığını bildirib, çünki bu, “Qazprom”la mövcud müqavilədə nəzərdə tutulmayıb.
“Publika.az” xatırladır ki, Rusiya Prezidenti Vladimir Putin martın 23-də dost olmayan ölkələrdən, o cümlədən Aİ dövlətlərindən qazın pulunu rublla tələb edəcəyini bəyan edib. Bu addım Rusiya valyutasının ucuzlaşmasının qarşısını almaq və Qərbin sanksiyalarından yayınmaq cəhdi kimi qiymətləndirilib.