
Bildirilirdi ki, 75 yaşlı siyasətçi bir gün əvvəl komaya düşüb. Onun komadan ayılmadığı deyilirdi.
Xəbəri senator Aleksandr Pronyuşkin də təsdiqləmişdi. Amma...
Senzor.az bildirir ki, bir az əvvəl sədri olduğu LDPR onun ölüm xəbərini qətiyyətlə təkzib edib. Partiyadan bildirilib ki, bir saat əvvəl həkimlər onu planlı prosedura göndəriblər. Vəziyyəti isə stabildir. Qeyd olunur ki, səhhəti, gerçəkdən ağır olsa da, sağlamlığında dəyişiklik yoxdur.
Rusiya Səhiyyə Nazirliyi də siyasətçinin durumu ilə bağlı açıqlama yayaraq səhhətinin stabil olduğunu bildirib.
“Həkimlər Vladimir Volfoviçə bu şəraitdə gərəkli olan tibbi yardımı göstərməkdə davam edirlər”, - məlumatda qeyd olunur.
Xatırladaq ki, özünün “Teleqram” kanalında Jirinovskinin ölüm xəbərini yayan senator Aleksandr Pronyuşkin sonradan paylaşımını silib. Dövlət Dumasının spikeri Vyaçeslav Volodin isə LDPR liderinin ölümünü təkzib edib.